Geniş diapazonlu alim, xeyirxah müəllim, mötəbər jurnalist, istedadlı şair, bacarıqlı tərcüməçi, vətənini və millətini ürəkdən sevən vətəndaş Nəsir Əhmədli… Bunların hər biri haqda ayrıca danışmaq olar. Özü də lap geniş. Əlavə edək ki, Nəsir müəllim olduqca sadə, təvazokar, sözü və özü ilə öyünməyən insandır.
Məhz buna görə də o, çalışdığı təhsil ocağının müəllimləri və tələbələri üçün hər zaman ləyaqətli örnək olaraq qalır. Bu ehtiramı Nəsir müəllim öz mədəniyyəti, kübarlığı, elmi, savadı və hazırcavablığı ilə qazanıb. Nəsir müəllimi tanıyanlar yaxşı bilirlər ki, Nəsir müəllim olan yerdə darıxmaq olmaz. Onun duzlu-məzəli söhbətləri, şux zatafatları, incə yumoru hamıya məlumdur.
Adların təsadüfi olmadığını, insanın gələcək taleyində müstəqil rola və əhəmiyyət kəsb etdiyini iddia edənlər az deyil. Çoxları bu fikirdədir ki, adlar insan taleyidir və onun ömür yolunda müəyyən əhəmiyyətə malikdir. “Nəsir” adıının ərəb dilindən gələn mənası “kömək edən, köməkçi, tərəfdar” kimi izah olunur. Görünür, həqiqətən adlar təsadüfi qoyulmur. Bunu Nəsir müəllimim nümunəsində açıq-aşkar görmək olar. Belə ki, Nəsir müəllim öz adını tamamilə doğrudub. O, çox adamlarln köməyinə gəlib, çoxlarının dadına çatıb. Və əsası odur ki, bu təmannasız və xeyirxah əməllərindən özü də zövq alır.
Filologiya elmləri doktoru, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin və Mətbuat Şurası İdarə heyəninin üzvü, qayğıkeş və tələbkar pedaqoq Nəsir müəllim öz zəhməti ilə ucalan insandır. 0 1942- ci ildə Azərbaycanın dilbər güşəsində, saza və sözə qiymət verən Tovuz rayonunun Alakol kəndində dünyaya göz açmışdır. Özunun dediyinə görə, hələ məktəb illərindən ürəyində jurnalist olmaq arzusu baş qaldırıb və beləliklə jurnalistikanın cazibə qüvvəsi onun taleyini müəyyənləşdirib. Arzuların sorağı ilə o, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Ömrünün ən önəmli məqamları bu qocaman ali tədris müəssisəsi ilə bağlıdır. Hal-hazırda beynəlxalq jurnalistika kafedrasının professorudur, 100-ə yaxın məqalənin, üç monoqrafiyanın, bir dərsliyin, beş dərs vəsaitinin müəllifidir, üç elmlər namizədinə rəhbərlik edib, bir elmlər doktorunun opponenti olub. 2006-cı ildə Media açarı – 2006 Ali Media mükafatına, müxtəlif diplom və fərmanlara layiq görülüb.
Amma Nəsir müəllimim həyat yolu heç də hər zaman hamar olmayıb. O, bu şərəfə, bu inama çatana qədər uzun yollar keşmiş, nə qədər çətinliklər, məhrumiyyətləri dəf edib.
Bu gün ədəbi-mədəni həyatımızda, media aləmində öz səsi, öz nəfəsi və öz dəst-hətti olan bir Nəsir Əhmədli fenomeni mövcuddur. Ymumiyyətlə, Nəsir Əhmədli dilimizin keşiyində duran, onun təəssübünü çəkən, zənginləşdirən və məhəbbətlə tərənnüm edən yorulmaz alim və sənətkarlardan biridir. Onun Respublika Dövlət mükafatına təqdim olunan “Jurnalistin nitq mədəniyyəti” adlı dərsliyi artıq çoxlarının masaüstü kitabına çevrilmlşdir. Mavi ekranda, mətbuatda, sosial şəbəkələrdə keçirdiyi ustad dərsləri, bir növ, həmin kitabın davamıdır.
Sözə ehtiram, sədaqət – Nəsir Əhmədlinin həyat norması, yaradıcılıq kredosudur. Bu keyfiyyətlər onun publisistikası ilə yanaşı, eyni zamanda poeziya yaradıcılığında da özunü tam aydınlığı ilə əks etdirir. Nəsir müəllimi həqiqətən söz sərrafı, söz zərgəri adlandırmaq olar. Şair Nəsir Əhmədli sözdən ilmə vurur, naxış toxuyur, poetik lövhələr yaradır. Bədii yaradıcılıq sahəsində böyük iddialari olmasa da, yazdıqlarından mənəvi rahatlıq tapır. Onun ustalıqla yazdığı, manifest şeirlərdən biri “Gedəmmərəm” adlanır.
…Əli kimi sənətkarı,
Elməddini, Şəhriyarı,
Azərdəki barmaqları,
Sazı qoyub gedəmmərəm.
Nemət dolu süfrələri,
Hörmət dolu çöhrələri,
Canım, dostlar, müxtəsəri,
Sizi qoyub gedəmmərəm.
Yurd yerimiz gen olmamış,
Türk elləri tən olmamış
Bir dənə də çin olmamış
Arzu qoyub gedəmmərəm.
Nəsir sevir sədaqəti,
Bu torpağı, bu milləti,
“Tovuz” adlı bir cənnəti,
Düzü, qoyub gedəmmərəm.
Şeirdə yurd-oba sevgisi aydınca görünür. N.Əhmədlinin şirin Tovuz ləhcəsi ilə yazdığı bu sətirlərin dili də gözəldir, üslubu da, deyilişi də. Buradakı ovqat və kolorit isə şeiri oxuculara daha yaxınlaşdırmaqa imkan verir.
Ümumiyyətlə, Nəsir Əhmədli çalışqan insandır. O, erkən yaşlarından hər zəhmətə qatlaşıb, işin çətinliyindən qorxmayıb, əksinə bilmədiklərini oyrənməyə çalışıb. Onun tanrısı zəhmətdir. Bu zəhmət Nəsir müəllimi ucalığa, şöhrətə yetirib, onu sevən tələbələrə, həmkarlarına, oxuculara daha da sevdirib. Yuxarıda adı cəkilən şeirdə o qürurla deyir:
…Neçə işim var yarımçıq,
Bir diləkdir hər yarımçıq,
Masam üstə yar-yarımçıq,
Yazı qoyub gedəmmərəm.
Məndə deyil ixtiyarı,
Atammaram dostu, yarı.
Dədə Qorqud yadigarı
Sözü qoyb gedəmmərəm.
Nəsir Əhmədli həm düşünən, həm düşündürən şairdir. Onun “Dalğın” təxəllüsü ilə yazılan bu şeirə diqqət yetirin:
Başdan-başa müəmmadır bu dünya,
Gizlisi nə, agahı nə, bilinmir.
Çox şeyləri uzaqdır, əl çatmır,
Əl çatanın izahı nə, bilinmir.
Bu dünyanı dərk eləmək – boş xülya,
Nəsir Dalğın duyammadı, kim duya?
Anlaşılmaz bir bazardır bu dünya,
Satanı kim, mətahı nə, bilinmir.
Nəsir Əhmədli alimliyi, şairliyi ilə yanaşı tərcümə yaradışılığı ilə də respublikamızda səriştəli söz ustası kimi tanınır. Onun tərcüməsində oxucularımız M.Lermontov, R.Rojdestvenski, A.Axundova və digər klassik və müasir rus şairlərinin əsərlərini Azərbaycan dilində oxuyublar. Çox maraqlıdır ki, Nəsir müəllimin rus dilinin müstəqil öyrənilməsinə baxmayaraq, bu gün bir çox “rusdilli” ziyalılarımız ona həsəd apara bilər. O da maraqlıdır ki, Nəsir Əhmədli həm namizədlik, həm də doktorluq dissertasiyalarını birbaşa rus dilində yazıb, elmi ictimaiətə təqdim etmişdir.
Ömrünün müdrik və parlaq çağını yaşayan Nəsir Əhmədli bü gün də jurnalist sözünün pərvazında, poeziyanın qanadlarındadır. O, əvvəlkitək gənclik ehtirası ilə yazıb-yaradır, şərəfli ömrün salnaməsinə yeni-yeni səhifələr calıyır.
Qələminiz heç vədə yorulmasın, Nəsir müəllim!