Müttəfiqlik və qardaşlığın zirvəsi: Azərbaycan-Özbəkistan münasibətlərində yeni era

Müttəfiqlik və qardaşlığın zirvəsi: Azərbaycan-Özbəkistan münasibətlərində yeni era

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında son illərdə dinamik inkişaf edən siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin yeni, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyduğunu bir daha sübut etdi. Tarixi köklərə, ortaq soy-kökə və mədəniyyətə söykənən Azərbaycan-Özbəkistan dostluğu bu gün regionun geosiyasi arxitekturasını formalaşdıran mühüm strateji müttəfiqlik modelinə çevrilib.

Əsrlərdən Süzülüb Gələn Tarixi və Mədəni Bağlar

Azərbaycan və Özbəkistan xalqlarını bağlayan teller əsrlərin sınağından keçmiş zəngin tarixi köklərə söykənir. Qədim Böyük İpək Yolu üzərində yerləşən bu iki diyar hələ orta əsrlərdən etibarən elm, mədəniyyət və ticarət mübadiləsinin mərkəzində olub. Şərq intibahının iki böyük zirvəsi — Nizami Gəncəvi irsi ilə Əlişir Nəvainin poeziyası arasındakı ruh doğmalığı xalqlarımızın mənəvi birliyinin ən parlaq rəmzidir. XX əsrin əvvəllərində də Daşkənd və Bakı ziyalıları ortaq Türk əlifbası, maarifçilik və milli azadlıq ideyaları ətrafında sıx birləşmişlər.

Əslində bu münasibətlər tarixi irsdən Ali Dövlətlərarası Şuraya kimi möhtəşəm bir yol keçib. Xalqlar arasında əsrlər boyu mövcud olan, davam edən münasibətlər, hər iki dövlətlərin müstəqlliyi bərpa edildikdən sonra təməli qoyulmuş müstəqil dövlətlərarası münasibətlər bu gün Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. İki ölkə rəhbərinin qarşılıqlı inam və etimada söykənən şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrin bütün sahələrdə sürətlə irəliləməsinə güclü təkan verir.

İmzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin siyasi və hüquqi bazasını ən ali səviyyəyə çatdırıb. Eyni zamanda yaradılmış Ali Dövlətlərarası Şura Bakı və Daşkənd arasında uzunmüddətli strategic prioritetlərin müəyyənləşdirilməsi və birgə layihələrin koordinasiyası üçün mühüm institusional platformadır.

İki ölkə arasında iqtisadi-ticari münasibətlər rekord templərlə artır. Son dövrlərdə ticarət dövriyyəsinin kəskin artması, birgə İnvestisiya Fondunun fəaliyyətə başlaması, avtomobilqayırma, tekstil, kənd təsərrüfatı və energetika sahələrində birgə layihələrin icrası strateji əməkdaşlığın əməli nəticəsidir.

Bununla yanaşı, nəqliyyat və logistika sahəsində tərəfdaşlıq xüsusi çəkiyə malikdir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində Azərbaycan və Özbəkistanın öz imkanlarını birləşdirməsi Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən vacib körpü rolunu oynayır.

Mənəvi Birlik və Qarabağın Bərpasına Dəstək

Azərbaycan-Özbəkistan qardaşlığının ən təsirli və rəmzi göstəricilərindən biri işğaldan azad edilmiş ərazilərdə özünü göstərir. Özbəkistan dövləti və xalqı tərəfindən Füzuli şəhərində inşa edilərək istifadəyə verilmiş Mirzə Uluqbəy adına tam orta məktəb həqiqi qardaşlıq və dayanışmanın bariz simvoludur. Qarabağın bərpasına dəstək əslində iki xalq, iki dövlət arasında əsrlər boyu mövcud olan və inkişaf edən mənəvi birliyin bariz sübutudur.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində vahid mövqedən çıxış edən Bakı və

Prezident İlham Əliyevin Özbəkistan səfəri bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətləri sadəcə iki dövlətin tərəfdaşlığı deyil, həm də regional sabitliyə, iqtisadi tərəqqiyə və Türk Dünyasının güclənməsinə xidmət edən sarsılmaz müttəfiqlikdir. Bu səfər iki qardaş xalqın parlaq gələcəyinə yönəlmiş yeni uğurlu fəslin başlangıcıdır.

 

Siyasi şərhçi

Əhməd N. Abbasbəyli

Share: