Müharibələr (həm mənəvi, həm də torpaq uğrunda gedən mühalribələr) səbəblərdən biri… politologiyamızdır

Araşdırma  materiallarına görə son tədqiqatlarımızla bağlı məntiqi nəticələr göstərir ki, torpaqlarımızı zəbt edən, onu terrora məruz qoyan ermənilərlə bağlı hələ çox ciddi təhlillərə ehtiyac var. Biz burda fikirlərimizi saxlayaraq bir az da geniş və dərindən düşünməyən qərara aldıq.

Maraqlıdır, təhlillərimiz göstərir ki, sərhədlərimizdə ermənilərin yenidən baş qaldırmasına və silahlanmalarına səbəblərdən biri elə özümüzük. Çoxları fikirləşirdilər ki, 44 günlük qələbələrdən sonra, ermənilər bir daha əllərinə silah götürməyəcək… Amma əksinə oldu.

Ermənilər bu gün daha aktibdirlər. Nə üçün?

Fikrimcə Azərbaycan əsgərinin qələbələri düzgün təbliğ olunmur. Silahlı qüvvələrdə, ayrı-ayrı qoşun kontingentində göstərilən igidlik və şücaətin mahiyyəti, Vətən və torpaq anlayışları düzgün təhlil olunmur.

Günah kimdədir?.. Fikrimcə günah tele-kanallara çıxarılan siyasi ekspertlərdədir, politologiyamız bu gün iflic vəziyyətindədir.

Məsələn, təhlillərimə görə əgər Azərbaycan Prezidentinin aktiv fəaliyyəti olmasaydı, apardığı islahatlar olmasaydı mən təccüb edirəm. Ali Baş Komandan keçirdiyi islahatları özü də şərh edir. Belə olmaz cənablar. Hər şeyi prezidentin və ona həmişə dəstək verən vitse-prezidentin çiyninə qoymaq olmaz. Axı nə qədərç küçədən tutma (bağışlayın ifadəmə görə) siyasi ekspertlərin (?) boşboğaz və yalan məlumatlarına təkrar-təkrar qulaq asmaq. Bunlar kimdir? Hardan çağırırsınız? Məsələn səhər deyək ki, Sədərək Ticarət Mərkəzində “kolqotka satan”… bir alverçini ekrana çıxarıb, müharibəni şərk etmək üçün suallar verilsə… onda vay halımıza. Bu proses davam edir. Nə üçün? Adicə bir erməni baş kəsənin adını deyə bilmirlər… Hadisələr düzgün təhlil edilmir. Hanı deyək ki, ölkənin DİN-nin qoşun kontingentindəki əsgərlərin igidliyini göstərən sənədlər, faktlar? Hanı təbliğat? Düşünürəm ki, kar, kor… siyasi-ekspertlərin fəaliyyətini dayandırın. Fakt deyin, sənəd göstərin ki, ermənilər tərpənkə bilməsinlər.

Ekspertlərimiz, politoloqlarımız arxivlərdən sanki qorxurlar. Onlar saytlarla, internet materialları ilə kifayətənirlər. Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin analitikləri göstərir ki, internet materiallarının 79 faizi yalan və uydurma söhbətlərdi. Xatırladım ki, bizim döyüş taktikamız və strategiyamız 44 günlük müharibədə öz möhürünü vurdu.

Biz isə bu gün baxırıq. Fikrimizcə bizim politoloqların, sözləri sərhəddən uzaq getməyən siyasi ekspertlərin fikirlərini təksib etməyə dəyməz. Onlar onsuz da özləri özlərini təkzib edilər.

Cənablar, düşmənə qalib gəlmək üçün düz danışın, ölkə başçısının, vitse-prezidentin yanında olun. Baş verən ölüm-dirim mühalribələrə “Avakyanların, Manukyanların, Xurşudyanların gözü ilə baxmayın. Ali Baş Komandanın gözü ilə baxın.

Əsrlər boyudur informasiya müharibəsi davam edir… Bəzi siyasətçilərimiz deyir ki, biz artıq informasiya müharibələrində qələbə qazanmışıq. Yadınıza salın ki, politoloji müharibələrin nəticələrini heç kəsə qələbə kimi sırımaq olmaz. Özünüzü imtahan edin. Çıxdığınız ekranlar, studiyalar artıq sizi imtahan edir…” Ermənu güllələrini öz gülləiz kimi təbliğ etməyin..”

Amma kimə deyəsən?

Fikrimcə ölkənin təbliğat istiqamətində bir nömrəli kadrları aparılan siyasətin başında durnalar olmalıdır.

Prezidentin, vitse-prezidentin yanında olun.

Bu gün Azərbaycanın, ölkəyə qarşı elan olunmamış müharibələr aparan düşmənlər qalib gəlmək üçün Sizin geniş şəkildə mütaliyəyə ehtiyac var.

Mənim politloqlara, siyasi ekspertlərə sualım var: “Siz xəritədə axtardığınız Urmiyyə dənizini tapdınızmı?..

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: