Misirdə də yumurtaladılar – Makron ifrat hörmətsiz prezidentə çevrilir…

Faiq Balabəyli: “Makronun Misirdə hücuma məruz qalması, yumurta “yağışına” tutulması da ümummüsəlman münasibətlərinə görədir”

Fransa prezidenti Emmanuel Makron Misirdə naməlum şəxsin hücumuna məruz qalıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. İsraildən sonra Misirə səfər edən Makrona naməlum şəxs tərəfindən yumurta atılıb. Mühafizəçilər Makronu növbəti zərbədən qorumaq üçün tutublar.

Xatırladaq ki, bu günlərdə işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər Fransa prezidenti Emmanuel Makronun Fələstin ərazisinə sәfәri ilә bağlı etiraz aksiyası keçirib. Onlarla fələstinli Makronun səfərinə etiraz etmək üçün Ramallahdakı Əl-Menara meydanına toplaşıb. Makronun Fələstin ərazisinə səfərini qınayan nümayişçilər Fransa prezidentinin Qəzza müharibəsi ilə bağlı mövqeyini pisləyən plakatlar qaldırıblar.

img

Makron İsraildə olarkən Qəzzada güc yolunun tətbiqini genişləndirmək məqsədilə koalisiya yaradılması çağırışı ilə çıxış etdi. Belə bir çıxışdan sonra Makron  Misirə səfər edir. Nəticədə Fransa prezidentinə yumurta atılıb.

  • “Makronun Misirə səfər öncəsi belə çıxışı ümumilikdə islam dinli xalqları ciddiyə almaması kimi də xarakterizə oluna bilər ki, bu da hər kəsdə qəzəb doğura bilər”

Makrona göstərilən məlum münasibətlə bağlı fikir bildirən Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa ənənəsinə sadiqliyini nümayiş etdirir: “ Keçmişə nəzər salsaq görərik ki, bu ölkə demokratiya, özgürlük pərdəsi altında həmişə qan və qadaya üstünlük verib, imperiya siyasətini daima genişləndirib. Bu gün də çirkin niyyətindən əl çəkmir. Əlbəttə ki, türk və müsəlman dünyasına qarşı daha çox aqressivdir. Özünün koloniya yaratmaq siyasətini də gizlətmir. Xüsusilə ərəb ölkələrinə qarşı daha qəddar olublar.  Məhz bütün bu iyrənc siyasətləri ilə qəzəbə tuş gəlirlər. Misirdə hücuma məruz qalması, yumurta “yağışına” tutulması da ümummüsəlman münasibətlərinə görədir. Makron Qəzzada da güc yolunun tətbiqini genişləndirmək çağırışındansa, qarşıdurmanı sülh yolu ilə sonuclandırmağın yolunu axtarsa, bu istiqamətdə təkliflər versə idi, əlbəttə ki, tarixdə Fransız ölkə başçısı kimi daha xoşniyyətli birisi kimi qala bilərdi. Makronun Misirə səfər öncəsi belə çıxışı ümumilikdə islam dinli xalqları ciddiyə almaması kimi də xarakterizə oluna bilər ki, bu da hər kəsdə qəzəb doğura bilər. Müharibəyə, haqsız tökülən qana yox demək gərəkən bir zamanda yeni koalisiya yaratmaq təklifini irəli sürməsi, əlbəttə, belə bir münasibətlə qarşılaşmaqla bitməli idi”.

Günel CƏLİLOVAƏ

Bakı-xəbər

Share: