Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabı Naxçıvanda təqdim olundu

20 iyul 2023-cü ildə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabının Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.S.Ordubadi adına Naxçıvan Respublika Kitabxanasında təqdimatı keçirilib.

 

İlk öncə Heydər Əliyevin abidəsi, daha sonra Hüseyn Cavidin məqbərəsi ziyarət olunub.
Təqdimatda çıxış edən, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, ümummilli lider Heydər Əliyev poeziyamızın inkişafında misilsiz xidmətlər göstərmişdir. Bu da, həmin dövrün yazıçı və şairlərinin yaradıcılığında öz əksini tapmışdır. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və hər zaman sözə sevgi ilə yanaşmışdır. Eyni dövrdə yaşayıb, yaratmış xalq şairi Mirvarid Dilbazinin yaradıcılığında xalqın qeyrətli oğlu Heydər Əliyev dühası xüsusi yer tutur.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsinin sədri Asim Yadigar
bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Aygün Heydərli, Naxçıvan Muxtar Respublikası icra başçısının müavini Təhminə Mustafayeva, şəhid Xansu Qurbanovun anası Yəmən Abbassova, şəhid İbrahim Vəlizadənin anası Kifayət xanım,
keçmiş hərbçi Lilpar Qəzənfər, ”Dövlət və qanun” qəzetinin redaktoru Yasəmən Möhübbətqızı,Naxçıvan televiziyasının əməkdaşları Ruhiyyə Rəsulova, Təranə Arifqızı, şairlərdən Güləmail Murad, Aləmzər Sadiqqızı Sevinc Səbzəliyeva, Alməmməd Eldaroğlu, Yadulla Zamanov, Ümbulbanu Musayeva, Tofiq Qəbul çıxış ediblər.

 

Müstəqil.az

 

Share: