Mirmahmud Mirəlioğlu Azərbaycan Prezidentini təbrik edib

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib.

xəbər verir ki, bu barədə siyasətçi Feysbuk hesabında paylaşım edib. Paylaşımda deyilir:

“ŞUŞA işğaldan azad olunan gün təbrikə gecikdim. Günün son dəqiqələrində təbrik etdim.

Ordumuzu, əsgərimizi, Ali Baş Komandanı.

XANKƏNDİNDƏ BAYRAĞIMIZ ucalanda təbrik etdim.

ALLAH ŞƏHİDLƏRİMİZİN QİSASLARINI almaqla RUHLARINI Şad etməyi nəsibimiz etsin.

ALLAH QAZİLƏRİMİZƏ Şəfa versin.

Ordumuz Müzəffər, Əsgərimiz Qalib OLsun.

AMİN!

7 fevralda azad edilmiş ərazilərdə seçkilər keçirildi, arzular gerçəkləşdi.

İlham Əliyev prezident seçildi.

İlham Əliyevin andiçmə mərasimində, əhatəli, möhtəşəm çıxışını da, gec təqdim etdilər.

Bütün bunlara görə, İlham Əliyevi təbrik edirəm!

Millətimizə, Dövlətimizə, Türk Dünyasına xeyirli – uğurlu olsun”.

Share: