MHP sədri: Budəfəki artım vətəndaşların ailə büdcəsinə təsir etməyəcək


Tarif Şurasının 4 yanvar 2021-ci il tarixli növbəti iclasında benzin və dizel yanacağının qiymətinin artırılması haqda qərar verilməsinin vətəndaşlarımız tərəfindən müəyyən narahatlıqla qarşılanması anlaşılandır.

Bunu Müstəqil.Az-a Tarif Şurasının 4 yanvar 2021-ci il tarixli növbəti iclasında benzin və dizel yanacağının qiymətinin artırılması haqda  münasibət bildirərkən MHP sədri Əlisahib Hüseynov deyib:

“Çünki əvvəlki illərin təcrübəsi onu göstərir ki, enerji daşıyıcılarının (xüsusən də benzinin) bahalaşması vətəndaşların büdcəsinə, sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə, kənd təsərrüfatı və digər sahələrə mənfi təsir göstərib.

Ancaq dövlətimiz əvvəlki illərin təcrübəsinin neqativ tərəflərini nəzərə alaraq bu dəfə qiymətlərin artırılması ilə eyni zamanda, paralel olaraq önləyici tədbirlər paketi də hazırlayıb. Odur ki, hesab edirəm ki, budəfəki artım vətəndaşların ailə büdcəsinə təsir etməyəcək. Əhalinin böyük əksəriyyəti yanacaq qiymətinin dəyişməsini hiss etməyəcək. Çünki yanacaq qiymətinin dəyişməsinin əhalinin aztəminatlı hissəsinə mənfi təsirini önləmək üçün ictimai nəqliyyatda sərnişindaşıma xidməti göstərən sahibkarlara dəstəyin göstərilməsi və kənd təsərrüfatına subsidiyaların məbləğinə yenidən baxılması nəzərdə tutulur. Ölkədə tarif dəyişikliyindən sonra benzin və dizelin bahalaşmasının müsbət tərəflərindən biri o olacaq ki, bu addım Azərbaycanda yanacaq bazarının dövriyyəsinin artmasında böyük rol oynayacaq” – deyə partiya sədri bildirib.
Müstəqil.Az

windows 10 pro satın al

Share: