Metroda qızlara söz atan şəxsi tutub…

Bakı Metrpolitenində insident baş verib.

Müstəqil.Az-ın əməkdaşı xəbər verir ki, içkili halda olan orta yaşlı şəxs vaqonda qızlara söz atıb.

Bu zaman vaqondakı sərnişinlər həmin şəxsə etiraz edib. Nəticədə dava düşüb. Dava salan şəxsi sərnişinlər “Koroğlu” stansiyasında polis əməkdaşlarına təhvil veriblər.

“Qara Qarayev” stansiyasında isə manyakın hücuma məruz qalan qızlardan birinin halı pisləşib və o özündən gedib. Sərnişinlərdən bir neçəsi qızı qatardan düşürüb və metro işçilərini köməyə çağırıb.

Bakı Metropoliteni məsələ ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, həmin şəxs hazırda polis əməkdaşları tərəfindən şöbəyə aparılıb.

“Məsələ ilə bağlı ətraflı məlumat veriləcək”, – B.Məmmədov bildirib.

Müstəqil.Az

Share: