Küçədə yemək yemək qadağan olundu… – 500 avro cərimə

Moderator.az “Daily Mail”-ə istinadən xəbər verir ki, İtaliyanın Florensiya şəhərinin rəhbərliyi turistlərə dörd küçədə, şəhərin tarixi mərkəzində yemək yeməyi qadağan edib.
Qanun ikinci gün – 4 sentyabrda qüvvəyə minib. Via de Neri, Pyatsalle deli Uffitsi, Pyats del Qrano və Via della Ninna küçələrində saat 12-dən 15-ə kimi və 18-dən 22-yə kimi yemək yeyənlər 500 avro cərimələnəcək.
Bu tədbirlər yerli sakinləri küçənin ortasında dayanıb yemək növbəsinə dayanan və şəhərdə hərəkətə mane olan turistlərin sıxlığından müdafiə etmək məqsədilə qəbul edilib. Yeni qanuna nəzarət və cərimə yazılması könüllülərə həvalə edilib…

Share: