Argentina millisi dünya çempionatı çərçivəsində Xorvatiyaya qarşı keçirəcək görüşün son hazırlıqlarını başa çatdırıb.
Müstəqil.Az xəbər verir ki, millinin hücumçuları Lionel Messi və Paolo Dibala, eyni zamanda yarımmüdafiəçi Anxel di Mariya son məşqə qatılmayıb.
Hər 3 futbolçunun məşqə qatılmamasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Argentina və Xorvatiya milliləri arasındakı görüş iyunun 21-də Nijniy Novqorod şəhərində keçiriləcək.
Anar Ə.