“Merkuri” gəmisi batanda bir an belə təslim olmamaq, yaşamağa ümid hissi məni tərk etmədi…

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Müstəqil.Az saytı ilə birgə hazırladığı “Dənizçi həyatı” layihəsinin budəfki qonağı XDND-nın balansında olan “Şahdağ” gəmisinin aşbazı Paşayev Mehman Xanoğlan oğludur

– Mehman bəy, sizi “Dənizçi həyatı” layihəsində xoş gördük, Necəsiz?

– Xoş günlərdə görüşək, şükürlər olsun Allaha, yaxşıyam, hər kəsə yüksək əhval ruhiyə arzulayıram.

– Təcrübəli dənizçisiz, sizi köhnə nəsl dənizçilər yaxşı tanıyır. Amma mümkünsə özünüz haqda bir qədər də  məlumat versəniz yaxşı olardı.

– Bütün həyatım dənizçilərimizin gözü önündə keçib, nələri danışım? Özüm haqda qısa olaraq bunları deyə bilərəm. 1956-cı ildə Lənkəran şəhərində anadan olmuşam. Elə bu şəhərdə də orta məktəbə getmişə, 1973 – cü ildə orta məktəbi bitirib, Bakıya gəlmişəm. 1974 -75 ci illər də Bakı Dənizçilik məktəbini təhsil almışam. Sonra hərbi xidmətə çağrılmışam. 1975-1978-ci illərdə SSRİ-nin hərbi dəniz donanmasında xidmətimi hərbiçi aşbaz kimi yerinə yetirmişəm. Hərbi xidmətdən sonra Xəzər Dəniz Gəmiçiliyində işə düzəlmişəm. 1978-1980-ci illərdə Xəzər Dəniz gəmiçiliyinin müxtəlif gəmilərində motros olaraq çalışmışam. 1980-ci ildən indiyədək Xəzər dənizində və müxtəlif ölkə sularında (Atlantik okean, Qara dəniz, Baltik dənizi) üzmüşəm və Allahın verdiyi sağlıqla bir dənizçi kimi peşəmi  davam edirəm.

– Hazırda gəmidə aşbaz olaraq çalışırsız.  Dənizçi fəaliyyətinizlə yanaşı sahildə də aşbazlıq fəaliyyəti ilə məşğul olmusuz. Özünüzü daha çox hansı mətbəxdə rahat hiss edirsiz?

– Gəmiçilik dili ilə desək “kambuzda” – Gəmi mətbəxində. Matros işləmişəm, ixtisasımı dəyişə də bilərdim. Həm də  Gəmiçilik fəaliyyətinə gənc yaşlarımdan başladığım üçün bir növ bu işə vərdiş eləmişəm və işimi sevmişəm. Amma dediyim kimi, gəmi mətbəxində özümü rahat hiss edirəm.

– Siz dənizin müxtəlif hava şəraitindəki halını görmüsüz, çəkindirici vaxt  olmayıb ki?

– Həqiqətən də ilk gündən dənizin bütün çətinliklərinə sinə gəlmişəm və hər hansı hava şəraitindən aslı olmayaraq işimə davam etmişəm. Çünki gəmi heyətinin işinin uğurla başa çatmasında əlbəttə ki, aşbazın xüsusi rolu, deyərdim ki, öhdəçiliyi var. Onların qidalanması, kayut kompaniyanın, yemək salonunun səliqəli olması, gigeyenik tələblərə uyğun oması  önəmlidir.

– Dənizlə bağlı yaxın tariximizdən birinin acı faciəsini yaşamısız. “Merkuri” gəmisi qəzaya uğrayanda heyyətn üzvü olmusuz. Sağ qalan azsaylı insanlaqrdan biri də sizsiz. Hadisəni necə xqatırlayırsız?

– Əvvəla Xəzər Dəniz Gəmiçiliyinə bu faciədən illər keçsə də  keçmiş olsun, deyirəm.  O hadisədə həyatını itirənlərə  Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Hadisəni indi də çox həyəcanla xatırlayıram. Lap dünən olmuş kimi ngğözlərinin önündə kino lenti kimi fırlanır.

– Həyat və ölümün bir birinə daha yaxın olduğu zamanın şahidisiz. Hansı hissləri keçirirdiz?

Bir an belə təslim olmamaq, yaşamağa ümid hissi, bütün vaxtı belə düşündüm. Allahın rəhmi gəldi, özümün daxili inamım da güclü idi, mübarizə apardım dalğalarla, dözdüm, inanırdım ki, xilas olacam.

-Bir neçə saat dənizdə olmusuz, kömək gələnə qədər, nələr yaşamısız, təsəvvür etməmək olmur. Gəminin batışını seyr etdikdə ən çox nəyə heyfsləndiz?

–  Beş saat suda olduğum müddətdə bir daha ailəsinə qovuşa bilməyəcək insanlara heyfsləndim. İş yoldaşlarıma, onların yarımçıq həyatlarına, yaşanmamış arzularına heyfsləndim. Mən də onlardan biri idim, həyat, alın yazısı, tale Xəzərin dalğalarının pəncəsində hər kəsi bir tərəfə apardı..

– O vaxtdan bəri müxtəlif versiyaların səsləndirilməsini görmüşük. Sizcə səslənən versiyalardan doğru olmayanlar çox idi, ya əksinə?

– Versiyalar müxtəlif ola bilər. Hər kəs eyni söz deyə bilməz. Doğruya yaxın olanı da var, tam yanlış olanları da daha çox. Doğru olanı isə əlverişsiz hava şəraiti və yüksək dalğa idi…

– Mehman bəy, hiss edirəm ki, o faciə haqda danışmaq sizə çətindir. Deyin, bu qədər faciəlrlə qarşılaşmısız, amma dənizdən getmədiniz. Dənizçi həyatı sizin üçün nə ilə əlamətdqrdır?

– Mən dənizə gəlməmişəm ki, hər hansı bir hadisədən sonra oranı tərk edəm. Hazırda yenə də işləyirəm. O ki, qaldı sualınızən ikinci hissəsinə, mənim özüm, övladlarım üçün qurduğum karyera uzunmüddətli dənizçi həyatı ilə əlamətdardır.
Ölümlə çarpışıb, salaqmat qalanlardansız. Heç oldumu ki, dənizdən uzaqlaşmaq fikrinədüşəsiz?

– Heç də qorxmadım, heç də çəkinmədim. Dənizçi həyatıma davam etdimvə dediyim kimi, təqaüdə çıxanacan da davam edəcəm.

– Heyyət üzvləri arasında aşbazların xüsusi hörməti olur, sizcə niyə?

– Çünki aşbaz bütün heyətin xidmətində dayanır.

– Gənclərə nə arzulayardız?

– Gənc dənizçilərə tövsiyyəm budur ki,  çətinliklərdən qorxmasınlar, dənizin dalğalarına sinə gəlsinlər. Dənizçi peşəsi ən şərəfli peşələrdəndir. Çörəyi halal, ruzisi bərəkətlidir.

Söhbətləşdi: Faiq BALABƏYLİ

Share: