Mbappenin “Real Madrid”dəki mümkün maaşı məlum olub

Fransanın PSJ klubunun hücumçusu Mbappenin “Real Madrid”dəki mümkün maaşı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda jurnalist Nikolo Şira tviter hesabında yazıb:

““Real Madrid” “Paris Saint-Germain” klubunun hücumçusu Kilian Mbappeyə ildə 50 milyon avro və bonuslar ödəyəcək”.

“Marca”nın daha əvvəl iddia etdiyi kimi, Mbappenin anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləsini yeniləmək fikrində olmadığını bildirmişdi. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

İyunun 26-da “Le Parisien” nəşri PSJ-nin prezidenti Nasser Əl-Xəlayfinin klubun hələ də futbolçunu müqavilə imzalamağa razı salmaq şansının olduğuna əmin olduğunu bildirib. Xatırladaq ki, Mbappenin müqaviləsi gələn ilin yayında başa çatır. Futbolçu “Real Madrid”ə keçmək ehtimalına baxmayaraq, keçən mövsüm aralıq müddətini uzadıb.


Share: