Mavritaniya sahilində qəzaya uğramış  quru yük gəmisi parçalana bilər – VİDEO

 

İyul ayının sonlarında Mavritaniya sahillərində saya oturmuş “Wakashio” quru yük gəmisinin gövdəsində böyük çat əmələ gəlib. Bu, gəminin parçalanmasına gətirib çıxara bilər.

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, hadisənin qarşısını almaqdan ötrü gəminin saya oturduğu yerə yedək gəmisi göndərilib.

Gəminin məxsus olduğu “Mitsui O.S.K. Lines” şirkəti qəza yerində dənizə tökülmüş mazutun yarısının yığıldığını bildirir.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün işlər əsasən əl ilə aparılır. Okeana axan 1000 ton mazutdan təxminən 460 tonu artıq toplanıb. Bəzi neft məhsulları artıq Mavritaniya sahillərinə qədər gəlib çatıb. Qəzaya uğramış gəmidə qalmış təqribən 1000 ton yanacaq başqa tankerə daşınıb. Gəmidə hazırda təxminən 2 min ton neft məhsulu qalıb.

Qəza baş vermiş ərazidə ölmüş balıq və quşların cəsədləri aşkarlanır. Mavritaniyanın baş naziri vəziyyətin daha pisləşə biləcəyini proqnoz edib

Müstəqil.Az

 

Share: