Dünya şöhrətli müğənni Müslüm Maqomayev ilk dəfə dənizçilər qarşısında çıxış edib

Müslüm Maqomayevin dənizə xüsusi sevgisi olub. Təkcə onun «Синяя вечность» mahnısına qulaq asmaq kifayətdir ki, bu sevginin təzahürünü duya biləsən.

Yəqin ki, onun dənizə bağlılığının başqa bir səbəbi də ilk çıxışının dənizçilər qarşısında baş tutması idi. Bəli, dahi sənətkar ilk dəfə 14 yaşında Dənizçilər klubunda səhnəyə çıxıb.

Bu gün Müslüm Maqomayevin adını daşıyan gəmi isə dənizçilərin ona verdiyi dəyərin ifadəsidir. Əminliklə deyə bilərik ki, bu gəmidə üzməkdən hər bir dənizçi yüksək qürur və məsuliyyət hissi duyur.

Qeyd edək ki, “Müslüm Maqomayev” sürətli sərnişin gəmisi 18 dekabr 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.

Gəmidə dahi sənətkarın xatirə guşəsi yaradılıb, müxtəlif fotoları yer alıb.

Gəmini ASCO-nun alyans partnyoru olan “Caspian Marine Services” şirkəti istismar edir.

Müstəqil.Az

(“Seanews.az”)

Share: