Kapitan Atəş CAVADOV: Dəniz bizim gəncliyimizin şahidi oldu, onu əlimizdən aldı…

Müstəqil.Az və “Dənizçilərə Sosial Dəstək” İB-nin birgə hazırladığı, dənizçilərimiz və digər çoxsaylı oxucularımız tərəfindən rəğbətlə qarşılanan “Dənizçi həyatı” layihəmizin budəfki qonağı, hazırda AXDG QSC XDND idarəsinin “Zirə” NYG-nin kapitanı, Atəş CAVADOVDUR. Onunla doğum günü ərəfəsində görüşüb həmsöhbət olduq. Xatırladaq ki, avqust ayının 18-də kapitan Atəş Cəfərovun anadan olduğu gündür.

– Atəş bəy, ilk öncə özün haqda oxucularımıza məlumat verməyini xahiş edərdim.

– Mən 1967-ci ilin avqust ayının 18- də Göyçay rayonun sizin də bir neçə dəfə qonaq olduğunuz  məşhur Bığır kəndində anadan olmuşam. Əli Əfəndi adına Bığr kənd bir nömrəli orta məktəbi bitirmišəm. Müəllimlərimin və sinif yoldaşlarımın dediyinə görə pis təhsil almamışam. Təhsilimi davam etdirmək fikrim məni heç vaxt tərk etməyib. Orta məktəb illərində hər hansısa Ali məktəbə ya da texniki məktəbə qəbul olmaq arzusu ilə yaşamışam. Lakin ilk cəhdim uğursuz oldu, İnistituta girə bilmədim. Tale elə gətirdi ki, sənədlərimi Azərbaycan Balıq Sənayesi texnikumuna verəsi oldum və  tələbə adını qazandım. Ancaq, səmimi deyim ki,  məktəb illərində heç vaxt dənizçi olacağımı gözləmirdim, ağlımın ucundan da keçirməmişdim bunu. Burda tale, alın yazısı deyilənlərlə inanmamaq olmur. Gəmi sürüçüliyi fakültəsinə daxil olmuşdum. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşam,  Ukrayna hərbi dairəsində xidmət etmişəm. T-74A tipli tankda atıcı kimi xidməti başa vurduqdan sonra vətənə qayıdıb təhsilimi davam etdirmişəm. 1989-cu ildə XDND-da gənc mütəxəssis kimi 1-ci dərəcəli matros vəzifəsinə təyinat almişam. O dövürdən bu günə kimi həmən donanmnın gəmilərində müxtəlif vəzifələırdə çalışmışam. Hal hazırda “Zirə” NYG-də kapitan vəzifəsində išləyirəm. Ailəliyəm,  bir qız və bir oğlul övladım var.

Göyçayda, dediyin  kimi, məşhur Bığr kəndində anadan olmusan, o yerlərdən dəniz necə görünürdü, hiss oluna bilərdimi ki, uşaq vaxtı arzu etməsən də nə vaxtsa dənizçi olmaq qərarına gələsən?

– Faiq bəy, sözün açığı bizi tərəflərdən dəniz görünmür. Dənizci olmaq arzusunda olmamışam, bunu da dedim bayaq.  Çünki yaxınlarımdan dənizçi olanı olmayıb. Amma kəndimizdən o vaxtlar cəmi üc nəfər dənizçi olub ki, onları da mən dənizçilik məktəbinə qəbul olandan sonra bilmişəm. Orta məktəbi qurtaranda, dediyim kimi,  sənədlərimi o dövrün məşhur inistitu olan “narxoza” vermişdim, qəbul ola bilməmişdim. Bakıda yaşayan, yaşca məndən böyük idi xalam oğlu vardı. O, mənə dedi ki belə bir məktəb var, dənizçi olmaq istəyirsənsə gedək sənədləri ver,  mən də razilaşdım. Osuz da kənddən cıxmışdım, qəbul olmadan geriyə qayıtmaq istəmirdim,  evdəkilər, dost tanış nə deyəcəkdi? Bax, beləcə tale məni gətirdi dənizçi etdi. Başladıq dənizi sevməyə, indi də aralana bilmərəm. Çünki dənizçi həyatı başqa bir həyatdır,  öz qanunları, öz nizamnaməsi, öz düzəni var bu həyatın. Bu həyatı ancaq dənizçilər bilir.

-Bir halda ki, dənizçi həyatından bəhs etdin, deyim ki, səninlə həmsöhbət olduğum layihəmizin adı da elə “Dənizçi həyatı” dır. Dedin dənizi sevməyə başladım və indi də ata bilmirəsənş De, həyatından razısanımı?

Dənizçi həyatı kimlərəsə kənardan asan gələ bilər, ancaq dənizin sirləri tükənməzdir. Həyatından razısınızmı, sualına belə cavab verərdim, bəli razıyam. Bəzən kənarda elə hadisələrnən, elə insanlarla qarşılasırsan ki,  onda deyirsən ki,  nə yaxşı ki dənizçiyik, bu cirkinlikləri górmürük.

Bəzən lazım olan yerə adam özünü çatdıra bilmir, belə hallarda dənizçi olmağına heyfslənmirsən ki?

-Başqa dənizçiləri bilmirəm, amma mən yox,  çünki bu mənim alın yazımdır, – belə bir deyim var. Axı biz  dənizçiyik, bu mənim həyatımdır, bunu birdəfəlik beynimizə həkk etməliyik. Bizi tanıyanlar da bunu bilməli və başa düşməlidirlər. İstədiyimiz zaman hardasa ola da, olmaya da bilərik. Dəniz həyatı tam başqadir, onu yaşayanlar ancaq bilər bizlərin o məhrumiyyətlərini…

-Dediyin kimi,  uzun müddətdir dənizdəsən, dəniz sənə nə verdi?
-Dəniz mənə gözəl dostlar, saf insanlar, vətəni sevən qrdaşları verdi. Dəniz mənə həyat verdi, dəniz mənə cəsarət verdi,  dəniz mənə həsrət verdi, dəniz mənə qorxmazlıgı öyrətdi, insanları, dünyanı tanımağa fərqli bir baxış verdi.

Dənizin verdiyləri varsa, aldıqları da olar, bəs nəyə görə dənizi qınayarsan, düşünərsən ki, nələri aldı səndən?


– Münasib hava şəraiti olmayanda,  fırtınalar ara verməyəndə və bir çox təbii hadisələrin yaratdıqları fəsadları gördükdə, yaşadıqda dənizi qınadağımız vaxtlar olur. Dəniz bizim gəncliyimizin şahidi oldu, onu əlimizdən aldı,  dəniz zəhmətkeş neftcilərimizin,  cəsur dənizçilərimizin həyatına qəsd etdi, onları aldı əlimizdən,  sanki bizimlə çəngə çıxdı, bunlar məni ağrıdır.

XDND nin müxtəlif gəmilərində müxtəlif vəzifəlrdə çalışmısan. Uzun müddətdir ki, kapitansan, səndən inciyənlər çox olar, yoxsa razı qalanlar?

-Bu suala cavabı ancaq mənimlə calişan dənizçilər cavablaya, haqqımda rəy verə bilərlər. Mən hər zaman calişmişam ki, dənizçi nizamnaməsindən kənara çıxmayaq, dənizçi adət-ənənəsinə hər bir kəs tərəfindən əməl olunsun.

AXDG QSC-nin bu günki vəziyyəti səni bir kapitan olaraq qane edirmi? Dənizçilrimizin şəraiti, yaşamı, əmək haqqı və sair.

Hal-hazırkı dovrdən geriyə baxdıqda vəziyyəti və yaşam tərzindəki  irələyişi görmək, qeyd etmək lazımdır. Az da olsa, çox da olsa bu var. Amma istərdik ki daha da böyük irəlləyişlər olsun. Əmək haqqına gəldikdə onu deyə bilərəm ki, dünya sularında işləyənləri demirəm, təkcə Xəzər hövzəsində yerləşən bəzi özəl  dənizçilkik şirkətlərləri qədər maaşlar verilsə yaxşı olar. Bilirsən ki, bizlər də dənizçi olaraq ölkəmizin, vətənimizin rifahı naminə calışırıq. Əfsuslar olsun ki, qiymətləndirmə və məvacib sarıdan irəliləyiş ləngdir. Bunun da səbəbləri var. Axı hər şeyə birdən nail olmaq da olmur. Amma ümüd edirik və inanırıq ki, müharibə yaşayan bir dövlətin dənizçiləri olaraq bütün maneələri geridə qoyub bu sahədə də digər ölkələrin dənizçilərini geridə qoya biləcəyik. O baxımdan deyirəm , yəqin bunlar da tezliklə aradan qaldırılar. Bilirsən, belə bir termin var, mədaxil və məxaric, bunlar düzgün idarə edilmədikdə bu cür fəsadlar, narazılıqlar baş verə bilər.

-Dəniçilərimizin həyatında illərlə yığılıb qalan problemlər var. Hər birini görmək də olmur. Bu problemlər aradan qaldırılır. AXDG rəhbərinin səyyi nəticəsində yüzlərlə evsiz qalan dənizçilərin mənzillə təminatı gözlənilir. Dediyin kimi, bunlar da Gəmiçiliyimizin nailiyyətləri sırasındadır.
-Əlbəttə. Dənizçilərin mənzillə təminatı və digər görülən işlər təqdirəlayiqdir və daha böyük uğurları hədəfləməliyik.

Dənizçilərin həyatı macəra dolu olur, başına gələn maraqlı hadisəlr, yadda qalan olaylardan danışardınmı,  ibrətamiz olsun…

-Dənizci həyatı sən demişkən həmişə macəra ilə doludur. Bir gün Neft daşları tərəfdə lövbərdə dayanmışıq, matroslar borta, gəminin yanlardan gövdəsinə təkər asırlar, yay fəslidir, birdən bir şişman matrosumuz vardı, necə oldusa düşdü dənizə. Bosman da dayanıb baxır, bu sudan deyir ki, xilasedici dairəni at mənə, bosmanda deyir ki, dairəni o zaman atacam ki, söz ver ki, sənə kontur alacam. Belə zarafatlar, macəralar olmasa dənizçi daha tez qocalar.

Dənizçilərimizin sosial şəraitini yaxşılaşdırmaq üçün səndən hər hansı bir təklif istəsələr, nələri məsləhət görərdin?

-Dənizcilərin sosial şəraitinin yaxşlaşdirmaq ücün dənizciyə lazımi, tələb olunan diqqəti və  qiyməti gördüyü işin müqabilində verilməlidir. Dünyada neft-qaz sahəsində calışan dənizçilər necə qiymətləndirilirsə, bizim dəncilərədə o diqqət, qiymət, əmək haqqı verilsə yaxşı olar.

Sosial şəraitin yaxşılaşdırılması, deyirsəm, uzun illərin dənizçisisən, dəniz və dənizçi həyatını çox yaxşı bilirsən. Daima mətbuatda isanlarımız haqda yazılarını oxumuşuq. Dənizçilərə Sosial Dəstək adlı birlik yaratmısan. Sənə inananlar var, tanıyırlar, tanımayanlar da tanıyacaq, bu missiyanı boynuna götürmüsən, dəstək ol dənizçiyə, rəhbərliklə dənizçi arasında əlaqələndirici ol, yoxsa idarə müdürləri, xidmət rəisləri ancaq işi düşünür, işçini düşünmək arxa cərgədə qalır.

Sonda sənə təşkkür ediəm ki, vaxt ayırıb suallarımızı cavablandırdın. İşlərində, xidmətində sənə və kollektivinə uğurlar arzu edirəm.

-Şox sağ ol, Faiq bəy, mən də sənə, rəhbərlik etdiyin Müstəqil.Az saytına, yeni təsis etdiyiniz DSD İB-nə uğurlar arzu edirəm.

Söhbətlşdi: Faiq Balabəyli

 

 

Share: