Marşrut avtobusu 80 yaşlı piyadanı vurub öldürdü

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Müstəqil.Az “Qafqazinfoya” istinad edərək xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb. 26 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən 1942-ci il təvəllüdlü Zeynalova Rəhilə İlyas qızını vurub.

Qadın xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam Rza

 

Share: