Məlahət Hümmətqızı Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.

Məlahət Hümmətqızı Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.

May ayının 19-da böyük söz ustadı, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 116-cı ildönümü münasibətilə Azərbaycan Yazıçılar Birliyində Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin tədbiri keçirilib. Tədbirdə mükafata layiq görülən şəxslərin adları açıqlanıb.
Şair-publisist Məlahət Hümmətqızı da Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. O, tədbirdə çıxış edərək bu ali mükafata layiq görüldüyünə görə Rəsul Rza Ədəbiyyat Ocağına, Xalq yazıçısı Anara və akademik Rəfael Hüseynova minnətdarlığını bildirib.


Məlahət Hümmətqızı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısıdır. O, iki şeir və dörd nəsr kitabının müəllifidir.

Müstəqil.Az

Share: