“Linkoln”un futbolçusu: “Qarabağ”la oyunda yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”

“Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

“Report”un məlumatına görə, bunu “Linkoln”un futbolçusu Liam Uoker Cəbəllütariqdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi “Youtube” kanalına açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi meydanda sonadək mübarizə aparacaqlarını bildirib:

“Matça yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Nə bacarırıqsa, onu da edəcəyik. Məncə, şanslar bərabərdir. Hər iki komanda qələbə qazanmağa çalışacaq”.

Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Share: