LƏNKƏRAN POLİSİ BU GÜN

Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır.

Bütün dünyada polis çöx çətin şəraitdə işləyir. Əlbəttə kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çöx seçilir. Axşamdan səhərə qədər her kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Belə çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərini alçaldan ifadələr işlədən nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır. Polisin fəaliyyətinə kölgə salmaq istəyənlər ölkədə bu yolla qarşıdurma yaratmaq istəyirlər. Ancaq unudurlar ki,ictimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Bunun da aparıcı qüvvəsi polisdir. Ona görədə polisi gözdən salmağa cəhd edənlər,necə deyərlər, öz oturduqları budağı kəsənlərdir.İnkişaf etmiş dövlətlərdə asayış keşikçilərinin daha nüfuzlu qüvvəyə çevrilməsi,qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edir, islahalar həyata keçirir. Hüquqi, demokratik dövrlərdə polisin xidmət səviyyəsinin təkmilləşdirilməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə polis peşəsi çətin və şərəfli olaraq qalır. Ölkəmizdə də belədir. Dövlət başçımızın düşünülmüş siyasi kursu nəticəsində respublikamızda siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi, insan hüquqları ədalətli şəkildə qorunur və əhalinin təhlükəsizliyinin təmin edilməsi öndə duran məsələdir.
Əlavə olaraq qeyd etmək lazımdır ki,iş olan yerdə nöqsanda olur. Ancaq unutmamalıyıq ki, polis ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir. Eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır. Ona görə də hər birimiz polisə arxa-dayaq olmalıyıq. Çünki polis də dövlətin arxa-dayağıdır. Biz bunu Lənkəran polisinin timsalında belə ki, Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi polkovnik Azər Cahangirovun fəaliyyətində aydın görürük. Lənkəran rayonunun və şəhərinin hər bir tədbirində yüksək səviyyədə iştirak edən polis əməkdaşları A.Cahangirov tərəfindən təqdirəlayiq idarəçilik və təşviqatçılıq bacarığı ilə səfərbər edilmişdir. Hər bir əməkdaş tələbkarlığı hiss edir, məsuliyyətini dərk edir. Lənkəran polisinin əməkdaşlığı sırasında ayrıca olaraq mayor Yasin İbrahimli haqqında danışmasam qusur olar. Y.İbrahimli işinə təvəzökarlıqla yanaşır,profesionallığı ilə seçilir. Hər bir vətəndaşa qayğı və diqqətlə yanaşır. Həqiqi dövlət qulluqçusu olduğunu heç vaxt unutmur. Bu məqamda lənkəranlıların polisə olan münasibətini yerli şair Məmməd Həbibin şerindən bir parçanı təqdim etməklə vurğulamaq istərdim.
Yanir işıqları yenə binanın,
Gecədən keçsə də orda iş gedir.
Zəhmət cövhəridir əzəl insanın
Mələklər çiynində çəkiliş gedir.

Hamı əməlinə cavab verəcək,
Yaxşı polislərə hörmətim vardır.
Bu gözəl binada onları görcək
Bildim “Polis” adlı şöhrətim vardır.

Vaxt keçir hələ o, iş yerindədir.
Alnı puçur-puçur, tərdir, gərgindir.
Heç bilmir evində işlər necədir?
Onu bir kəlməylə sən də sevindir.

Haqsızın tələbi incidir onu,
Deyir: “Qanun buna yol vermir kişi!”
Gözünə nur saçır qərarın sonu
Zövq verir könlünə gördüyü işi.

Şairəm, bəsirət gözü var bizdə
Görürəm xalqımın zərrin barını.
Axtarsaz, taparsız onları siz də,
Arayın polisin sıralarını.

Göründüyü kimi şair səmimi hisslərini qələmə almaqla polisə münasibətini poetik dilə almış. Sevinirəm ki, cəmiyyətimizdə mənimlə həm fikir olanların sayı minlərlədir. Bəli, polisin bu diqqətimizə, qayğımıza həqiqətən də ehtiyacı vardır.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru tarix üzrə f.d.b/m
Leyla Qadir qız Məcidova

Share: