Latviya mindən çox Rusiya vətəndaşını ölkədən çıxarmağı planlaşdırır

Latviya mindən çox Rusiya vətəndaşını ölkədən çıxarmağı planlaşdırır.

TASS-a istinadən xəbər verir ki, bu barədə Latviya Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya İdarəsinin (Office of Citizenship and Migration Affairs – OCMA) rəsmi nümayəndəsi Mayra Rouz məlumat verib.

Məlumata görə, Latviya hökuməti yaşayış icazəsi üçün sənəd təqdim etməyən mindən çox Rusiya vətəndaşını ölkədən çıxarmağı planlaşdırır və onlar deportasiyaya məruz qalacaqlar.

Rouz bildirib ki, yalnız 15 500 nəfərə yaxın Rusiya vətəndaşı Latviyada daimi yaşamaq icazəsi, 3 minə yaxını isə müvəqqəti yaşamaq üçün müraciət edib.

Həmçinin, əlavə olunub ki, təxminən 2 200 nəfər Latviyada qala bilmək üçün irəli sürülən tələbləri yerinə yetirməyib, lakin Rusiya vətəndaşlarından sənəd qəbulu davam edir və bu səbəbdən yekun rəqəm daha az olacaq.

Share: