Kredit borcuna görə özünü tut ağacından asdı…

Binəqədi rayonunda 45 yaşlı qadın özünü asaraq intihar edib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Binəqədi qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Zeynalova Solmaz Məhərrəm qızı dekabrın 5-i özünü yaşadığı evin həyətində tut ağacından asıb.

 

Onu asılmış vəziyyətdə qardaşı tapıb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

 

İstintaq araşdırmaları davam etdirilir.

 

Məlumata görə, S.Zeynalovanın banklardan birinə külli miqdarda kredit borcu olub. Krediti ödəyə bilmədiyi üçün özünü öldürüb.

 Müstəqil.Az

Share: