Kraliça II Elizabetin cənazəsi Edinburq şəhərinə aparıldı — Fotolar

Böyük Britaniya Kraliça II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək.

Sentyabrın 12-də isə Müqəddəs Egidiya kilsəsində ibadət mərasimi keçiriləcək.

Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” hərbi aviabazasına gətiriləcək.

Qeyd edək ki, kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.



Share: