Köçəryanın arvadı ərinin kitabının təqdimatını Azərbaycanda keçirdi-FOTOLAR

 Hüquqi cəhətdən Azərbaycanın ərazisi olan  işğal altındakı Xankəndi şəhərimizdə işğalçı Ermənistanın separatçı-terrorçu sabiq  prezidenti Robert Köçəryanın kitabının təqdimatı keçirilib.

Moderator.az-ın verdiyi xəbərə görə, bu haqda  separatçı erməni nəşrləri məlumat yayıb.

Xocali canisinin  “Həyat və azadlıq” kitabının Xankəndindəki “Valleks Qarden”  otel kompleksində keçirilən təqdimat  mərasimində R.Köçəryanın arvadı Bella Köçəryan çıxış edib.  Təqdimat mərasiminə qondarma separatçı rejimin oyuncaq rəhbəri Bako Saakyan qatılmasa da,  tədbirdə onun arvadı Anait Saakyan, “ədliyyə naziri” adlanan Ararat Danielyan,  Qarabağın keşişi Parqev Martirosyan, deputat Janna Qalstyan, Köçəryanın qohumları iştirak ediblər.

P.S. Nə qədər ki, biz Bakıda öz nəfsimizi milli qeyrətimizin,  ağlımızın qulluğuna təqdim edə bilmirik, o torpaqlarımızda hər şeyi erməni təqdimatında görəcəyik…

Müstəqil.Az

Share: