Samuxda gənc oğlan özünü güllələdi

Samux rayonunda intihar hadisəsi baş verib.

 

Müstəqil.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, rayonun Poylu kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Nurəddin Mülayim oğlu yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açaraq intihar edib.

Gəncin hansı səbəbdən özünü öldürdüyü məlum deyil.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

 

Share: