Rusiyada təyyarə qəzası: 3 nəfər həlak oldu

Rusiyanın Murmansk vilayət aerodromunda “Tu-22M3” tipli təyyarə eniş zamanı qəzaya uğrayıb.

 

Müstəqil.az Virtualaz.org-a istinadən xəbər verir ki, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən təyyarə sərt eniş edib.

 

Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Share: