Kitablardan gələn işıq…

Martın 9-da Kaspi liseyində 4-cü sinif şagirdləri ilə yazıçı Mehriban Nağıyevanın görüşü keçirilib.

Müstəqil.AZ-a bu haqda yazıçının özü məlumat verib.  Mehriban xanım bildirib ki, “Kitablardan gələn işıq” adlı tədbir çox maraqlı təşkil edilib:

“Hiss etdim ki, uşaqların çoxu mənim  kitablarımla tanışdılar. Kitablarımdan görüşə gətirənlər də olmuşdu. Bir oğlan dedi ki, nə yaxşı Allah bizi görüşdürdü. Demə, o mənim bütün kitablarımı oxuyubmuş. Məni görəndə elə sevindi ki… Məncə bir yazıçı üçün bundan böyük xoşbəxtlik ola bilməz ”. Yazıçı sonda bütün bu gözəl anlarla uşaqları və onu sevindirən təşkilatçılara öz minnətdarlığını bildirdi.

Mina Rəşid 

Share: