Keniyalı atlet marafon qaçışında dünya rekordu qırdı

23 yaşlı keniyalı qaçışçı Kelvin Kiptum Çikaqo marafonunda dünya rekorduna imza atıb.

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası xəbər verir ki, o, məsafəni 2 saat 35 saniyəyə qət edərək tarixdə yarışı ən tez başa vuran ilk şəxs olub.

Bundan əvvəlki dünya rekordu 2022-ci ilin sentyabrında Berlin marafonunda qeydə alınıb. İkiqat Olimpiya çempionu Eliud Kipçoge məsafəni 2 saat 1 dəqiqə 9 saniyəyə qaçıb.

Share: