Fransada taxtabitilərə görə yeddi məktəb bağlanıb

Fransada 7 məktəb taxtabitilərin yayılması səbəbindən bağlanıb.

Məlumata görə, yaxın gələcəkdə bu rəqəm arta bilər.

Təhsil naziri Qabriel Attal bildirib ki, 17 təhsil müəssisəsində həşərat koloniyaları aşkar edilib.

Qeyd edək ki, Fransada taxtabitilərlə bağlı problem artıq milli miqyas alıb. Ölkə hakimiyyəti müxtəlif səviyyələrdə toplantılar çağırır, mübarizə planlarını düşünür. Bu arada insanlar ictimai nəqliyyatdan istifadə etməyə, hətta evlərində oturmağa belə qorxurlar.

Mənbə: 360tv.ru

Share: