Olivye Jiru Fransa millisinin qapıçıları siyahısına daxil edildi

Fransa millisi “Milan”ın hücumçusu Olivye Jirunun Cenoa” ilə oyunda göstərdiyi performansla bağlı zarafat edib və onu 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının qapıçıları siyahısına əlavə edib.

“Ona görə siyahını yeniləmək məcburiyyətində qaldıq”, – yığmanın “X” sosial şəbəkəsindəki paylaşımında yazılıb.

Xatırladaq ki, İtaliya A Seriyasının 8-ci turunun “Cenoa” ilə matçının 90+9-cu dəqiqəsində “Milan”ın qapıçısı Mik Menyan meydandan qovulub. Hücumçu Olivye Jiru matçın sonuna qədər qapıda dayanıb, belə ki, milanlıların artıq heç bir əvəzləmə imkanı olmayıb. Bununla da, Jiru komandasının 1:0 hesablı qələbəsinə töhfə verib.

Share: