Ermənistanda ağır qəza — 11 ölü, 6 yaralı

Ermənistanda İrəvan-Gümrü avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Volkswagen” markalı mikroavtobus ilə “ZIL” toqquşub. Nəticədə 11 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb. 

Qəzanın səbəbi açıqlanmayıb.

 


Share: