Kapitan Habil Kərimov:- Ən böyük məktəb elə dənizin özüdür

Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə hazırladığı “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı AXDG QSC XDND-idarəsinin “Aydın Məmmədov” gəmisinin kapitanı Habil Ziyadxan oğlu Kərimovdur

– Habil müəllim, sizinlə “Dənizçi həyatı” layihısində həmsöhbət olmaq istəyirik. Əvvəlcə deyin, necəsiz?

-Çox sağ olun, yaxşıyam. Necə olmalıyam ki? Azərbaycan ordusu, Ordunun Ali Baş komandanı, Xalqımız 30 ilə yaxın bir müddətdə alnımızda olan qara ləkəni təmizlədi. İndi daha qürurluyam. Daha güvənclitəm. O ki qaldı, söhbətə, əlbəttə hazıram, sizinlə həmsöhbət olmaq yorucu olmaz…

Uzun müddətdir dənizdə işləyirsiz, dənizlə təkbətək qalıb heç “həmsöhbət” olmusunuzmu?

– Dəniz kiməsə romantika yaşadır, sahildə durub, təmiz havasından, dalğasından danışır. Biz isə dənizin gerçək üzünü, nəyə qadirdir, nələr edə bilər, bunları reallıqda görürük. Yəni özümüzün də xəbərimiz olmadan onun bütün xarakterini öyrənirik, demək həmsöhbət olmağı bacarırıq. Dənizlə dil tapa bilməsəydim, yəqin şoxdan ayrılmışdıq
-Bilirəm ki, Cəlilabadda doğulmusuz. Bəs özünüz haqda daha nə deyə bilərsiz?

– Elədir, mən Kərimov Habil  1960-cı il dekabr ayının 6-da Cəlilabadda, Ziyadxan kişinin ailəsində dünyaya gəlmişəm. Orta məktəbi 1978-ci ildə bitirdikdən sonra, elə həmin ild Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinə  daxil olmuşam. 1981- ci ildə gəmi sürücüsü fakültəsini bitirdikdən sonra təyinatla Xəzər Dəniz Gəmiçilik idarəsinə göndərilmişəm. 1982-ci ilin yanvarından isə idarənin müxtəlif tankerlərində kapitanın 3 -cü və 2-ci köməkçi vəzifələrində çalışmışam.

1986-cı ildə ailə vəziyyətimlə ilə əlaqədar Bakı Beynalxalq Dəniz limanının liman dononma  gəmilərində keçmişəm və Kapitan  vəzifəsində çlışmışam.  2000- ci ildən isə XDND idarəsində keçmişəm.  Bu idarənin əsasən kran gəmilərində,  “Şirvan” və “Atlet”  tipli gəmilərində işləmişəm.  Hal hazırda “Aydin Məmmədov” gəmisinin kapitanıyam. Ailəliyəm. Sumqayıtda yaşayıram, bir övladım var.

-Dənizə maraq sizdə haradan yarandı? Yoxsa bu bir təsadüf idi?

– Bunun da bir tarixçəsi var. Dənizçi olmağıma səbəb orta məktəbdə oxuyarkən yarandı. Rayonda qonşumuz var idi,  Kazımov Çingiz. Hazırda XDND də işləyir. Bir dəfə rayona tətilə gəlmişdi. Dənizçi formasında idi. Yaraşırdı və bu formada bir özgürlük qürur var idi, sanki. Onunla görüşdükdə dedim ki, mən də dənizçi olacam. Təqdir etdi. Orta məktəbi bitirdikdə mən artıq seçimimi etmişdim.

Dənizçi həyatı sizin baxışlarınızda, yaşamınızda necə bir həyatdır?

– Bu sualın cavabı  müxtəlif ola bilər. Baxır hansı məqamı yada salasan. Qısaca onu demək olar ki, dənizçi həyatı məsuliyyətli, mürəkkəb yaşam tərzi, məhrumiyyətlə eyni zamanda xarakter sərgiləmək, çətinlikdən şəkinməmək, ayrılığa dözməyə, tab gətirməyə hesablanan bir həyatdır.

Hazırda kapitanı olduğunuz “Aydın Məmmədov” gəmisi təmirdə dayanıb. Dənizssiz qalmaq yorucu deyil ki?

– Bəzən olur ki, sahil üçün darıxdığın kimi, dəniz üçün də darıxırsan. Mən kapitanı olduğum gəmiyə öz əmlakıma necə sahib çıxıb qoruyaramsa, eləcə baxıram. Yorulmuruq, desəm düz olmaz, yorğunluq olur. Amma bezmək, usanmaq yox.

-Gənc nəslə nə tövsiyyə edərdiz?

– Mən həm təhsil alanda, həm istehsalat təcrübəsində olanda, həm də kapitan köməkçisi işləyəndə gördüm, götürdüm, öyrəndim, kapitanlara sual verməkdən çəkinmədim. İstədim ki, arxasınca düşdüyüm sənətin sirlərinə bələd olam. Gənclərə də bunu tövsiyyə edərdim. Ən böyük məktəb elə dənizin özüdür, müxtəlif hava çəraitində işləməyi öyrənməlisən.

-Hər kəsə məlumdur ki, dənizçilərin həyatında çoxlu macəralar, maraqlı hadisələr olur. Siz də bu hadisələrlə qarşılaşmamış olmazsız. Bəlkə bir neçəsini danışasız?

-Vallah belə hallar yetərincədir. Hər səfər zamanı nələrsə qarşılaşırsan. Zamanında təhlükə, məsuliyyət, əsəb pozuntusu yaradan belə hallar daha sonralar xoş xatirələrə çevrilir. Mən onları dilə gətirə bilmərəm, burda hansısa həmkərlarımızın xatirinə dəyə biləcək zarafatlar da az deyil.

-Ümumiyyətlə dənizin xoş tərəfindən bəhs edənlər çox olur, sərt üzünü də deyirlər. Siz, yenidən dünyaya gəlsəydiniz və seçim qarşısında olsaydınız nəyə görə dənizi seçməzdiz?

– Seçməzdim? Sualları maraqlı qoyursuz, çaşdırıcı… Yox, bu haqda heç fikirləşməmişəm, axı mən həyatda, gözümü açanda, yəni özümü tanıyanda dənizi seçdim, başqa ixtisaslarla tanışlığım, müqayisə etməyə bilgim yoxdur. Bu baxımdan, seçimimdə yanılmamışam deyərəm.

– XDND – da işlər necədir? Bir kapitan olaraq hansı islahatların olmasını istərdiz?

– Dononmanın gəmilərinin boş dayanmasını istəməzdim. Gəmilər idarəyə daha çox qazanc gətirsə, bir çox məsəllərin həllində, sözssüz ki,dənizçilərin sosial durumunda da yaxşılığa dəyişiklik olar…

-Sosial durumdan bəhs etdiniz. Bilirsiniz ki, son vaxtlar dənizçilərimizin sosial durumu haqda narazı fikirlər də səslənməkdədir. Məsələn, siz bir dənizçi olaraq Xəzər dənizçisinin hansı durumda olmasını istrdiz və bu sahədə hər hansı bir təklifiniz olardımı?

– Bu suala demək olar ki cavab verdim. Əlbəttə, istərdim ki, onların maddi durumu daha yaxşı olsun, Sirr deyil ki, dənizçi ailələri var ki, müəyyən qədər məhrumiyyətlər içində yaayır. Əmək haqlarının yüksək olması, onların, dənizçi ailəsi olaraq ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması, ümumi işlərinizin daha yaxşı olması demək olardı.

– Bilirsiniz ki, 10-15 il öncə idarəmizin gəmiləri təchizat sarıdan bəzi çətinliklərlə üzləşərdı. Bəzən ehtiyat hissələrini tapmaq belə olmurdu. Heyyət üzvləri hansısa yolla qazandıqları pula bu çatışmayan mexanizim hissələrini, nasosları və digər avadanlıqları alardı, gəmiləri işlədərdi. İndi vəziyyət tamam dəyişib, təchizat və digər zəruri şeylər yerindəcə təmin edilir. Bu dönüşün nəyin hesabına başa gəldiyi də məlumdur. Siz təcrübəli kapitan olaraq nə deyə bilərsiz?

-Sualınızda cavabların bəzilər öz əksini tapdı. Əlbəttə, bütün bunlar yaxşıdır. Gəmilərdəki, elə idarədəki bəzi neqativ hallar var idi ki, aradan qaldırılıb. Düşünürəm ki, daha çox yeniliklərə imza atılacaq.

-Neqativ halların aradan qalxmasından bəhs etdiz.  Gəmilərdə qaçaqmalıçılıqla, sərf olunmamış ynacağın satılması ilə, tankerlərin xam neft və digər maye yüklərin müxtəlif yollarla mənimsənilməsi ilə bağlı söz-söhbətlər gəzərdi. Məsələ ondadır ki, həmin  işlərdə adı çəkilənlər məşğul olanlar vardı ki, onların indi də gəmiçilikdə müxtəlif vəzifələrdə çalışmasından danışılır. Sizcə Dononmanın bu günki işlək halına baxıb onlar utana bilirlərmi?

– Provakasion sualdır. Amma sual verilibsə cavab da verilməlidir. Əgər doğurdan da belə insanlar olubsa və onlar hazırda müxtəlif  vəzifələrdə çalışırlarsa, qanunla utanmalıdırlar. Demək oğurluq etmədən də yaşamaq və ailəni təmiz qazancla  saxlamaq olar. AXDG QSC sədri Rauf Vəliyev elə natəmizlərlə çox böyük bir savaşa girdi. Axır ki, təmizlik işləri aparıldı. Əgər elə adamlardan vəzifədə olanlar varsa, demək ya onlara güvənilir, təcrübələrində istifadə olunur, ya da ki, onları əvəz edəcək yeni kadrlar hələ ki yetişməyib.

-Habil kapitan, iş olan yerdə səhv hərəkətlər və qüsur da ola bilər. Ola bilməz ki, Gəmiçiliyimizin bu qədər yeni layihələrə imza atdığı bir zamanda cüzi səhvlər olmasın. Varsa onları necə aradan qaldırmaq olar?

-Mən gəmi kapitanıyam, çalışıram ki, işimdə səhvə yol verməyim. Məsuliyyətli olmaq, bütün səhvləri əvvəlcədən hiss etsək, əlbəttə belə hallar olmaz və onların aradan qaldırılması üçün əlavə vaxta da ehtiyac duyulmaz.

-Biz “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyini dövlət qeydiyyatından keçirmişik. Dənizçilərinizin sosial rifahının yaxşılaşdırılması üçün Gəmiçilk rəhbərliyinə hansısa köməyimiz dəyə bilər, deyə düşünürük, həm də. Sizin təklifiniz nə ola bilər?

– Çox lazımlı bir qurum yaratmısız. Hər bir şey dənizçilərimizin, dononmamızın xeyrinə hesablanıb. Sizə mane olanlar da çox olacaq. Bəzən sosial şəbəkdə buna təsadüf də edirik.  Düşünürəm ki, onların da arasında marifləndirmə işləri aparılmalıdır ki, bu QHT ni dövlət idarəsi ilə səhv salmasınlar. Bir də əslində dononma rəhbərliyi özü maraqlı olmalıdır sizin “DSD”  İB lə iş birliyi qurmağa.

– Müsahibə üçün ayırdığınız vaxta görə təşəkkür edirəm

– Faiq kapitan, mən sizə təşəkkür edirəm ki, sorğu-suala tutduz. İçimdəkiləri ala bildiz. Baxaq görək, necə qarşılanacaq…
Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: