Kanadada güclü yanğın, minlərlə insan təxliyə olundu

Kanadanın Alberta əyalətində meşə yanğınları baş verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bölgənin 78 nöqtəsindəki yanğın nəticəsində 4400 hektar ərazi tamamilə kül olub.

Hadisəyə görə minlərlə insan təxliyə edilib.

Bütün səylərə baxmayaraq ümumilikdə 78 yanğın ocağından 19-u nəzarətdən çıxıb.


Share: