Kağız istehsalında inqilabi kəşf- meşələr daha az qırılacaq

Çinli alimlər kağız istehsalında inqilab sayılacaq ixtiraya imza atıblar.  Onlar üzərində çap edilən mətn və şəkillərin silinməsi mümkün olan yeni növ kağız hazırlayıblar. Tədqiqatçıların ixtirası sayəsində artıq yazılmış, istifadə edilmiş kağızı tullantı kimi atmayıb, yenidən istifadə etmək mümkün olacaq. Bu isə öz növbəsində ətraf aləmi ekoloji cəhətdən qoruyur.
Moderator.az xəbər verir ki, yeni kağız kimyəvi maddələrlə hopturulan çoxtəbəqəli polimer örtükdən ibarətdir. Yeddi müxtəlif rəng almaq üçün həmin maddələr metal duzları ilə reaksiya girir. Çap üçün nəzərdə tutulan mürəkkəb metal duzların sulu məhlulda həlli yolu ilə alınır.
Tədqiqatçıların sözlərinə görə, onlar hazırladıqları kağızı 8 dəfə təkrar çap ediblər. Daha sonra kağız intensivliyini itirməyə başlayıb. Mürəkkəbin keyfiyyəti isə altı ay ərzində dəyişməyib.
Müstəqil.Az

Share: