“İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi” seminar keçirdi

Müstəqil.Az bildirir ki, seminarda övladları 90 nömrəli məktəbdə təhsil alan ümumilikdə 30-a yaxın gənc ana iştirak edib

“İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadın – ana və yaranışdır” audiovizual vasitələrin köməyi ilə qadınlar arasında milli-mənəvi dəyərlərin təbliği layihəsini davam etdirir. Müstəqil az-n verdiyi xəbərə görə aprelin 5-də , layihə çərçivəsində Bakı Şəhəri Sabunçu rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə növbəti seminar təşkil edilib.

Layihə rəhbəri Fəridə Mirişova bildirib ki, seminarda övladları 90 nömrəli məktəbdə təhsil alan ümumilikdə 30-a yaxın gənc ana iştirak edib.

Açıklama yok.

Onun sözlərinə görə, layihə mövzusunun aktuallığı cəmiyyətdə bu sahədə mövcud olan ehtiyacdan qaynaqlanır. Belə ki, Azərbaycanda bu gün məişət zorakılığı, qadınlara qarşı ayrı-seçkiliyin bir səbəbi də kökümüzdən ayrı düşməyimiz, milli-mənəvi dəyərlərimizi unutmağımız və yad mədəniyyətləri, yad təsirləri mənimsəyərək qan yaddaşımıza biganəlik göstərməyimizdir.

Açıklama yok.

Layihənin təlimçisi “Ahəng” Psixologiya Reabilitasiya Mərkəzinin rəhbəri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova sağlam ailə dəyərləri, milli və mənəvi dəyərlər mövzusunda müzakirələr aparıb. Gənc analarla qarşılıqlı sual cavab əsasında dağılan ailələr, boşanmalar, ailələrdə qarşılıqlı münasibətlərin gərginləşməsi, zorakılıq halları və s. ətrafında söhbət aparılıb.

Açıklama yok.

Seminarda qəhrəmanı qadın olan əsərlərin tərcüməsi ilə məşğul olan tərcüməçi Məsumə Şükürzadə, Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova, Fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova, psixoloqlar Cəmilə Məmmədova və Vüsalə Orucova iştirak edərək öz fikir və tövsiyyələrini seminar iştirakçıları ilə bölüşüb. Təlimlər davam edir.

Share: