İsveçdə parlament və bələdiyə seçkiləri keçirilir

İsveçdə parlament və bələdiyə seçkiləri keçirilir.

Seçki nəticəsində ölkəni 4 il idarə edəcək yeni hökumət və yerli bələdiyyə sədrləri müəyyənləşəcək.

Seçki qutusundan çıxan ilk nəticələrin axşam saatlarında açıqlanması gözlənilir. Bildirilir ki, rəsmi nəticələrin açıqlanmasına həftələr lazım ola bilər.

Qeyd edək ki, hazırda İsveçin 349 yerlik parlamentində səkkiz siyasi partiya təmsil olunur.

Mənbə: TRT

Share: