“Kiyev danışıqları gecikdirdiyi təqdirdə Moskva ilə müzakirələr çətinləşəcək”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqları rədd etmədiklərini, lakin Kiyevin bunu ləngitməsi ilə Moskva ilə razılaşmanın mümkünlüyünün çətinləşəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Lavrov bu haqda “Rossiya-1” dövlət kanalında yayımlanan proqramda danışıb.

Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəsmiləri və partiya rəhbərləri ilə görüşü zamanı ölkəsinin Ukraynadakı mövqeyini izah edib.

Rusiyanın Ukrayna ilə danışıqları rədd etmədiyini vurğulayan Lavrov, “Putin danışıqları rədd edənlərin prosesi gecikdirəcəyi təqdirdə bizimlə danışıqlar aparmağın bir o qədər çətin olacağını bildirib” deyib.


Share: