7-ci Uluslarararası Türk Dünyası Şeir, Musiqi və Sənət Festivalı müsabiqə elan edir…

Müstəqil.az diqqətinizə çatdırmaq istəyir ki, 25-26-27-28 noyabr 2022-ci il tarixlərində Adanada 7-ci Uluslararası Türk Dünyası Şeir, Musiqi və Sənətçilər Festivalı keçiriləcək. Məlumat üçün bildiririk ki, Festival tədbirləri Adana ilə bərabər bölgənin daha 3 şəhərində olacaq.
1.Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbəri Halisa Tekbaşın moderatorluğu ilə düzənlənəcək Festivala həmişə olduğu kimi Adana dövlət qurumları.
2.Azərbaycan Respublikası Dünya Türkləri Koordinasiya Mərkəzi,
3.”Əmir Temur” Fondu Özbəkistan,
4.”Əmir Temur” Dövlət Muzeyi-Daşkənd,
5.”Əmir Temur” Fondu Qazaxıstan,
6.”Əmir Temur” Fondu Qırğızıstan,
7.Qazaxıstan Respublikasında Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyi “Yanqi Ovoz”
8.Özbək Etnomədəni Birlikləri “Dustlik” Assosiasiyası.
9.Tatarıstan və Başqırdıstan ədəbiyyat və mədəniyyət cameələri.
Bu layihədə aşağıdakı nominasiyalar nəzərdə tutulur:
“Atatürk haqqında ana dilində yazılmış ən yaxşı şeir”.
1-ci yer – 1-ci dərəcəli diplomla Kamal Atatürk medalı
2-ci yer – ll dərəcəli diplom
3-cü yer – ll dərəcəli diplom
“Aktyorluq məharəti” – K.Atatürk medalı
“Ana dilinə tərcümə edilmiş ən yaxşı türk kitabı”.
1-ci yer – 1-ci dərəcəli diplomla Kamal Atatürk medalı
2-ci yer – II dərəcəli diplom
3-cü yer – III dərəcəli diplom
“Ana Dilində Atatürkə həsr olunmuş Ən Yaxşı Mahnı”.
1-ci yer – 1-ci dərəcəli diplomla Kamal Atatürk medalı
2-ci yer – II dərəcəli diplom
3-cü yer – III dərəcəli diplom
Kamal Atatürkə həsr olunmuş “Çərçivədəki ən yaxşı şəkil” р50/70.
1-ci dərəcəli diplomla Kamal Atatürk medalı
2-ci yer – 2-ci dərəcəli diplom
3-cü yer – 3-cü dərəcəli diplom.
7. Festival Qran Pri kuboku və Kamal Atatürk medalı.
Atatürk haqqında yazılmış və yazacağınız əsərlərinizi [email protected] e-ünvana göndərə bilərsiniz.

Müstəqil.az

Share: