İsrail səfiri İrəvanda Njdenin şərəfinə keçirilən aksiyanı pisləyib

İsrailin Ermənistan və Moldovadakı səfiri Coel Lyon nasistlərin İrəvanda Qaregin Njdenin şərəfinə keçirdiyi aksiyanı pisləyib.

-nın məlumatına görə, bu barədə diplomat X platformasında yazıb.

“Nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin təriflənməsi qəbuledilməzdir! Ermənistan hakimiyyəti açıq şəkildə nasizm və antisemitizmin bütün formalarına qarşı çıxmalıdır”, – nəşr yazır.

Qeyd edək ki, İrəvanda erməni nasistləri faşistlərlə əməkdaşlıqda ittiham olunan nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçirib.

Share: