NATO ölkələri minə yaxın Patriot raketi almağa razılaşıb

Avropanın NATO-ya üzv ölkələri minə yaxın “Patriot” raketinin alınması ilə bağlı müqavilə imzalayıb.

xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətiməlumat yayıb.

“NATO Dəstək və Təchizat Agentliyi (NSPA) minə qədər Patriot Gücləndirilmiş Hədəf Raketləri (GEM-T) üçün müqavilə ilə Almaniya, Hollandiya, Rumıniya və İspaniyanın da olduğu ölkələrin koalisiyasını dəstəkləyəcək” – deyə bildirilib.

Mətbuat xidməti əlavə edib ki, Alyans COMLOG şirkəti ilə istehsal və təchizat müqaviləsi bağlayıb.

Share: