Zaqatala yol qəzası baş verib, xəsarət alanlar var – FOTO

“Mikroavtobus” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində Muğanlı kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarət alıblar.

***

22.56

Zaqatala yol qəzası nəticəsində xəsarət alanlar olub.

-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı mikroavtobusla “VAZ-2121” (Niva) markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilr.

Faktala vağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Share: