İsrail Livanla sərhəddə yaşayan sakinlərin təxliyəsinə başladı

İsrailin Müdafiə ordusu və Müdafiə Nazirliyi ölkənin Livanla sərhədindən 2 kilometr məsafədə yaşayan sakinlərin təxliyəsinə başlayıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, təxliyə planına 28 yaşayış məntəqəsi daxildir. Sözügedən məntəqələrin sakinləri dövlət tərəfindən maliyyələşdirilən pansionatlarda yerləşdiriləcək. 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.


Share: