İrəvandakı 2 müharibə canisi – Bakıdan rəsmi ultimatum verildi…

Faiq Balabəyli: “İki cani deyərkən birmənalı olaraq Robert Köçəryan və Serj Sarkisyanı nəzərdə tutulub”

“Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri saxlananlar sırasında yer alıb: “O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadır. Onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir”.

Göründüyü kimi, Prezident İ.Əliyev çıxışında qeyd edib ki, iki cani İrəvandadır. Maraqlıdır, Prezident kimləri nəzərdə tutub?

“Ölkəmizə qarşı olan cinayətlərindəki barışmazlığı son dərəcə qəddarlıqla həyata keçirdiklərinin cəzası da ağır olacaq”

Müstəqil.az saytının baş redaktoru, “Dənizçilərə Sosial Dəstək”  İctimai Birliyinin sədri  Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Cənab Prezident İlham Əliyev iki cani deyərkən birmənalı olaraq Robert Köçəryan və Serj Sarkisyanı nəzərdə tutub. Amma cənab Prezident görünür əsas əli qanlı olan bu iki nəfərin həbs olunaraq haqlı cəzalarını tezliklə alması üçün çoxlu sayda canilərdən fərqləndirib. Hər ikisi qarabağlı olub, Azərbaycanla müəyyən qədər yox, doğulduqları gündən bağlı olan bu nadürüst ermənilərin əməllərində millətimizə, ölkəmizə qarşı olan cinayətlərindəki barışmazlığın son dərəcə qəddarlıqla həyata keçirdiklərinin cəzası da ağır olacaq. Onlar dəfələrlə etiraf ediblər ki, azərbaycanlı körpələrə, ahıl insanlara qarşı amansız olublar və bununla da Azərbaycan və azərbaycanlıların gözlərini qorxutmaq istəyiblər. Lakin yanılıblar, onların bu amansızlığı xalqımıza düşməndən qisas almanın yollarını aramaqda, daha mükəmməl ordu yaratmaqda əsas verib. Ali Baş Komandanın və onun rəhbərlik etdiyi Ordunun, xalqımızın birliyi və iradəsi nəticəsində həm torpaqlarımız işğaldan azad olundu, həm də düşmənə layiqli cavab verildi. Nə qədər humanist olmağımızı isə bütün dünya gördü, dinc sakinlərə güllə atılmadı, onlara torpaqlarımızda qanunlarımız çərçivəsində yaşamaq təklifi verildi. Bunu görmək istəməyən ölkələr də az olmadı, Rusiyanın bəzi əxlaqdan və obyektivlikdən uzaq elitası, Fransa kimi sürüşkən və vecsiz, homeseksullar tərəfindən idarə olunan dövlətlər aranı qarışdırmaq istəsə də, haqq öz yerini tapdı”.

Günel CƏLİLOVA

 

Share: