İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama aparılması təklif edilib

Biz deputatlar, o cümlədən mən hər zaman deyirik, filankəs oğurladı, filankəs qaçdı.

xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat təklif edib ki, biz nümunəvi qurumları müəyyənləşdirək: “Yəni hansı qurumda pozuntu olmayıbsa, bunu açıqlaya bilərik”.

Deputat qeyd edib ki, hesabatda yayınma, itki, kənarlaşma, mənimsəmə ifadələri var: “Bunların ən çoxu satınalmalarla bağlıdır, daha dəqiq olmalıyıq. 0,2 milyon manat və 0,5 milyon qayıdışla bağlı rəqəmlər görürük. Sonda İpoteka və Kredit Zəmanəti Fondu var, 3 milyard manatdan çox o fondun xətti ilə kreditlər ayrılıb. Bu fond yoxlanılıbmı və yoxlanılacaqmı?.

Share: