İlham Əliyev İran prezidentinin dəvətindən niyə imtina etdi?

“Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinin bu ölkəyə dəvətindən imtina etdi”.

Bunu “Olaylar”a deyən Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bildirib ki, bunun üçün səbəblər kifayət qədərdir: ” 30 ildir qonşu dövlət Azərbaycanı təhdıd edir; İran Azərbaycana uzun illərdir narkotika ixrac edir; Gənclərimizi xurafata və cahilliyə sürükləyir; otuz ildir Azərbaycanla düşmən olan Ermənistana bütün sahələrdə yardım edib, bir növ nəfəslik rolunu oynayıb və bu hələ də davam edir”. MVP sədri əlavə edib ki, 44 günlük müharlbədə də İran Ermənistanın yanında durdu: ” 30 ildə bir dəfə demədi ki, BMT-nin qərarları yerinə yetirilsin. İşğal olunan ərazilərin məscidlərində saxlanan donuzların sahiblərinə heç etirazını bildirmədi. Son vaxtlar daha çox əzələ nümayiş etdirməyə başladı. Nəhayət, məsciddə donuz saxlayan ermənilərin baş nazirini Quran kitabı ilə qarşıladı. Davamını gətirmək də olar, amma sadaladıqlarım kifayət qədər əsas verir ki, prezident İran səfərindən imtina etsin”.

Müstəqil.Az

Share: