Tarixi məkan yox olmaq təhlükəsi ilə üz-üzə

1918-ci ildə erməni daşnakları bolşeviklərlə birgə Bakıda və Şamaxıda qətliamlar törədirlər. Bu zaman Azərbaycan Osmanlı İmperiyasından yardım istəyir. Beləliklə, Osmanlı ordusundan Azərbaycana Nuru paşanın rəhbərliyi ilə qoşun göndərilir. 

Bakı şəhəri işğaldan azad edildikdən sonra türk əsgərləri Gürcüstandan keçməklə Türkiyəyə qayıdarkən azərbaycanlıların kompakt yaşadıqları ərazidə müvəqqəti olaraq düşərgə salırlar. Soydaşlarımız döyüşdən çıxmış türk əsgərlərini öz evlərində qonaq edir, onların su, ərzaq ehtiyaclarını qarşılayırlar.

Həmin dövrdə yaralı əsgərlərə kənd sakinləri mümkün qədər kömək göstərməyə çalışsalar da, onların bir çoxu dünyasını dəyişir. Həmin əsgərlər elə bu kəndin ərazisində yerləşən yüksək təpəlikdə dəfn edilirlər.

Kənd sakinləri Osmanlı təpəsində dəfn olunan əsgərlər üçün başdaşılarının qoyulduğunu da deyirlər. 1960-cı illərədək ərazi kənd sakinləri tərəfindən qorunsa da, tədricən həmin daşlar da dağılıb.

Zamanında Osmanlı təpəsinin uçub-dağılmaması üçün ətrafına minlərlə daş düzüldüyünü deyən sakinlər sonradan həmin daşların çay kənarlarında bərkidilmə işlərində də istifadə edildiyini bildiriblər. 

Məlumat üçün onu da bildirək ki, bu gün Osmanlı təpəsində çox sayda insan sümüklərinə və dərin çuxurlara rast gəlinir. Yaxın ərazilərdə kənd təsərrüfatı işlərinin aparılması isə təpənin daha da sürətlə çökməsinə səbəb olur.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Share: