Əziz Sancarın general qardaşı xanımından 1 gün sonra öldü

Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancara ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, onun qardaşı Kənan Sancar noyabrın 2-si dünyasını dəyişib.

Bildirilir ki, Kənan Sancarın həyat yoldaşı Nezihe Sancar isə ondan bir gün öncə, noyabrın 1-i vəfat edib.

Qeyd edək ki, Əziz Sancarın böyük qardaşı Kənan Sancar 1985-ci ildə Diyarbakır Jandarma Bölgə komandiri, təqaüddə olan briqada generalı olub.


Share: