İbrahimoviç Messinin amerikalılara təsirindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan”ın və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messinin amerikalılara təsirini qeyd edib.

“İndi Messi MLS-də oynayır, amerikalılar yenidən futbola baxa bilərlər. Mən onun orada olmasına şadam. Mən ABŞ-ni tərk etdikdən sonra amerikalılar futbola baxmağı dayandırmışdılar”, – İbrahimoviç bildirib.

Xatırladaq ki, Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib.

ABŞ-də keçirdiyi 13 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.

Mənbə: gazeta.ru

Share: