Hikmət Hacıyev Qarabağdakı ermənilərə edilən yardımlardan yazdı — Foto

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyri-qanuni erməni silahlıllarına qarşı antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan tərəfindən atılan addımlar haqqında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında yazıb.

“İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni yaşayış məskənlərinə humanitar yardımlar çatdırılıb və bundan sonra da davam etdiriləcək!”, – paylaşımda qeyd olunub.


Share: