“Harri Potter” kitabının ilk nəşri hərracda 35 min dəfə baha satıldı

İngilis yazıçısı Coan Roulinqin “Harri Potter və fəlsəfə daşı” kitabının 1997-ci ildəki ilk nəşrinə Böyük Britaniyada keçirilən hərracda 10,5 min funt-sterlinqdən (təxmini 24 min manat) qiymət qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Richard Winterton Auctioneers” hərrac evinin tviter hesabında məlumat verilib.

Məbləğin ilkin hesablamadan iki dəfə, kitabın ilkin alındığı məbləğdən isə 35 min dəfə çox olduğu ortaya çıxıb.

Ekspertlər bunun 1997-ci ildə çap olunmuş 500 nüsxədən biri olduğunu təsdiqləyiblər.


Share: