Hər gün bal yemək orqanizmdə 8 möcüzəyə səbəb olur…

Əgər artıq çəkiniz varsa əksər həkimlər və ekspertlər məsləhət görür ki, şəkərdən istifadəni azaldasınız. Bal qanda şəkəri normal səviyyədə saxlayan alternativ şirin məhsuldur və arıqlamağa da kömək edir.
Balın faydası haqqında bir neçə faktı diqqətinizə çatdırırıq.
1.Dərinin görkəmi yaxşılaşacaq.
Müntəzəm istifadə ediləndə balın tərkibindəki antioksidantlar, vitaminlər və zülallar imkan verir ki, bədəndə olan müxtəlif toksinləri ( zəhərli maddələri) təmizləsin. Bundan başqa balın antibakterial xüsusiyyətləri dərinin vəziyyətini yaxşılaşdırır.
Məsələn, bir çoxları “bal maskası”ndan istifadə edir. Bal maskası-rahatladıcı və heyranedici variantdır.
 
2.Artıq çəkini yandırır.
Əgər artıq çəkiniz varsa əksər həkimlər və ekspertlər məsləhət görür ki, şəkərdən istifadəni azaldasınız.
Balda B6 vitamini, C vitamini, dəmir, kalsium, natrium, sink, kalium, fosfor və minerallar  var, bu da məlum olduğu kimi, metabolizmi sürətləndirir.
Tədqiqat göstərir ki, şəkərin balla əvəz edilməsi ürək-damar xəstəlikləri risqinin aşağı düşməsinə səbəb olur.
3.Xolesterini aşağı salır
Bal bədəndəki “pis xolesterinin” səviyyəsini aşağı salır, xolesterinin də bədəndə yığılmasına imkan vermir.
Balın gündəlik norması orqanizmdə antioksidant birləşmələrin səviyyəsinə müsbət təsir göstərir ki, bu da xolesterinlə mübarizənin tərkib hissəsidir.
4.Ürəyi möhkəmlədir.
Araşdırmalar göstərir ki, baldakı antioksidantlar xolesterin nişanələrinin, damar daralmasının qarşısını alır və  bir sıa ürək-dramar xəstəlikləri ilə mübarizə aparmağa kömək edir.
Tədqiqatda 8 yaşından 68 yaşına kimi 25 kişi iştirak edib. Onlar dörd yemək qaşığı balın bir stəkan su ilə qarışığını içib. Məlum olub ki, qanda antioksidantların səviyyəsi artıb.
5.Yaddaşı yaxşılaşdırır.
Bal stresi götürür, həm də yaddaşı yaxşılaşdırır.
Tədqiqatçı Metyu Brennekenin sözlərinə görə bal həm də kalsi istehsal edir və bununla da beyinin funksiyasına təsir edir.
6. Yuxusuzluq itir.
Yuxu ilə problemləri olan insanlara kömək edir. Şəkər kimi bal da insulini artırır və əhval- ruhiyyəni yaxşıladıran seratonin harmonunu buraxır.
“ Bədən seratonin yaradır ki, bu da yuxunun keyfiyyətini və vaxtını nizamlayır”- Sietldəki mütəxəssis deyir.
7.Həzmi yaxşılaşdırır.
Bal antibakterial xassələrə malikdir, ona görə də acqarına bir qaşıq bal yemək məsləhətdir.
Bu sadə iş mədə-bağırsaqla əlaqədar müxtəlif xəstəlikləri dəf etməkdə kömək edə bilər.
Tədqiqatçılar güman edir ki, bal mədədən keçəndə o bakteriyara qarşı dayanıqlı olur və selikli qişada kiçik yaraları sağalda bilir.
8. Nəhayət rahatlaya bilərsiniz. 
Bəzi insanlar inanmırlar ki, bir stəkan ilıq südlə balı içmək yatmağa kömək edir. İnanmırsınızsa mütəxəssislərə qulaq asın.
Holland tədqiqatçılar aydınlaşdırıblar ki, niyə məhz isti südlə bal rahat yatmağa kömək edir.
Süddəki amin turşularının hərəkətə keçməsi üçün ona insulin lazımdır. Biz şirin şey yeyəndə insulin yaranır, ona görə də bir stəkan isti südə bir qaşıq bal qatanda əla istirahət etmək olar.

Share: